إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakının "Məşədi Dadaş" məscidində qanvermə aksiyası keçirildi

Bakının "Məşhədi Dadaş" məscidində bu gün Cümə namazından sonra "Bir damla qan bir həyata bərabərdir" adlı qanvermə aksiyası təşkil olunub.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, tədbir Azərbaycan Talassemiya Federasiyasının müraciəti əsasında "Məşhədi Dadaş" məscidi icmasının təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Talassemiya Federasiyası vitse prezidenti Fuad Rəsulov qanvermə aksiyası ilə bağlı bildirib ki, aksiya Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Qanverənlər sırasında ilk olan məscidin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli aksiyanın mahiyyəti ilə bağlı deyib: “Donorluq əsl xeyriyyəçilikdir. Qanverməni çox cüzi bir şey kimi dəyələndirənlər ola bilər. Amma bu, qana ehtiyacı olanlar üçün həyati əhəmiyyət daşıyır! Qan verən donor özünün bir hissəsini – öz qanını onun kimə kömək edəcəyini bilmədən və mükafat almağı gözləmədən bağışlayır”.

Bildirək ki, hazırki tədbir "Məşhədi Dadaş" məscidində keçirilən ilk aksiya deyil. Məscid icması ilə talassemiyalı uşaqlara yardım təşkilatlarının qarşılıqlı razılığı ilə "Məşhədi Dadaş" məscidində bir neçə dəfə bu qəbildən aksiya keçirilib.

Məsciddə bir saat ərzində 100-ə yaxın donor qan verib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2016  20:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!