|
|
Göyçayda 600 nəfər üçün iftar süfrələri açılıbGöyçayda rayon icra hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılıb. Məclisdə 350 oruc tutan şəxs iştirak edib. Ahlibeyt.az Azertac-a istinadən xəbər verir ki, xeyriyyə tədbirində dindarlarla yanaşı, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, məcburi köçkünlər, kimsəsizlər də iştirak ediblər. Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. Həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri Göyçay şəhərində, Qaraman və Ləkçiplaq kəndlərində keçirilib. Məscidlərdə təşkil edilən iftar məclislərində 250 nəfər oruc tutan şəxs iştirak edib. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanıb. Ramazan bayramınadək Göyçay şəhərində və kəndlərdə mövcud olan digər məscidlərdə də iftar süfrələri açılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2016 12:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |