|
Xaçmaz rayonu Köhnə Xudat kənd məscidində dini maarifləndirmə tədbiri keçirilibİyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Xaçmaz rayonu Köhnə Xudat kənd məscidində “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Dini komitənin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, QMİ-nin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Məzahir Yəhyayev, dindarlar, ağsaqallar və gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri E. Nurullayev qeyd edib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biridir. Əsl dindarın təvazökar, sülhpərvər, Vətənini və xalqını sevən humanist insan olmalı olduğunu bildirən şöbə müdiri dindarları və gəncləri radikalizmdən uzaq durmağa çağırıb.
QMİ-nin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Məzahir Yəhyayev radikal təriqətlərin dinin mahiyyətinə uyğun gəlmədiyini qeyd edərək, onların din pərdəsi altında gizlənərək bəşəriyyətə təlatümlər gətirdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2016 11:03 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |