|
|
Bakıda daha bir məscid kompleksi istifadəyə verilibZirə Cümə məscidi kompleksi istifadəyə verilib. Ahlibyt.az-ın SalamNews-a istinadla məlumatına görə, məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə inşa olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə yaradılan şəraitlə tanış olublar. Ümumi sahəsi 3 400 kvadratmetr olan məscid kompleksini hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstəmazxanalar yaradılıb. Texniki və yardımçı otaqlar məscid kompleksinin əhəmiyyətini daha da artırır. Kompleksin ərazisində geniş yaşıllaşdırma işləri görülüb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2016 12:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |