|
DQIDK-nın yaradılmasının 15 illiyinə həsr olunan konfrans keçirilibİyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 15 illiyi ilə bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi–15: Dünən, bu gün və sabah” adlı konfrans keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Dini komitənin mətbuat xidməti məlumat yayıb. Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dini durum və rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dini sahədə heç bir problemin olmadığını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Komitəsi ilə dindarlar arasında əməkdaşlıqda bir harmoniya var. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradılması da dindarların işini xeyli asanlaşdırıb. Milli Məclisdə ictimai birliklər və dini qurumlar komitəsinin yaradılmasını da yüksək qiymətləndirən Şeyxülislam müvafiq qurumlar arasında görüşün keçirilməsinin önəmini qeyd edib. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda multikultural ənənələrin qorunması və saxlanmasında Dövlət Komitəsinin böyük rolu var. Dövlət müşaviri Komitənin bir qrup əməkdaşının Azərbaycan Prezidenti tərəfindən təltif edildiyini diqqətə çatdırıb. Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qeyd edib ki, Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb. Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var. Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə dini sahədə sabitliyin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda dini proseslərdə stabillik və qarşılıqlı anlaşma var. Tədbirdə çıxış edən Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıblar. Onlar Azərbaycanda multikultural ənənələrin və tolerantlığın yüksək səviyyədə təmin edildiyini vurğulayıblar. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Komitənin 15 illik fəaliyyəti barədə təqdimatla çıxış edib. Sonda Azərbaycan Prezidentinə müraciət qəbul edilib. Qeyd edək ki, konfrans iştirakçılarına Dövlət Komitəsinin 15 illik fəaliyyətini özündə əks etdirən fotoalbom təqdim edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2016 11:05 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |