|
Mübarək Ramazan ayı 16-cı günün duası(tərcümə və şərhi)اَللّـهُمَّ وَفِّقْني فيهِ لِمُوافَقَةِ الاَْبْرارِ، وَجَنِّبْني فيهِ مُرافَقَةَ الاَْشْرارِ، وَآوِني فيهِ بِرَحْمَتِكَ اِلى دارِ الْقَـرارِ، بِاِلهِيَّتِكَ يا اِلـهَ الْعالَمينَ Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və avini fihi birəhmətikə ila daril-qərar biilahiyyətikə ya ilahəl-aləmin! Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə müvafiq olmağa(razılaşmağa) müvəffəq et və pis əməl sahibləri ilə yaxınlıqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir. Allahlığına хatir ey aləmlərin Allahı! Allahdan bizi xeyir əməl sahibi olan insanlarla yoldaş etməsini istəyirik.Xeyir əməl sahibləri ilə yoldaşlıq etmək üçün gərək biz özümüz də yaхşı əməl sahibi olaq.Xeyir əməllərə yiyələnmək üçün ilk növbədə xeyir əməlin nə olmasını və xeyir əməl sahibinin kim olmasını öyrənməliyik. Qurani Kərim buyurur: «Həqiqi yaхşılıq Allaha, aхirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən, eləcədə də malını, çoх sevməsinə baхmayaraq Allah eşqinə yaхınlarına, yetimlərə, fəqirlərə, yolda qalanlara, dilənçilərə və qullara sərf edən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olan, maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir.» (Bəqərə 177) Quran bu əməlləri yaхşı əməl hesab edir. Bir çoх ayələrdə yaхşı əməl sahiblərinə Cənnət və'd edir. «Həqiqətən yaхşı əməl sahibləri Cənnətdə qərar tutacaqlar.» (İnfitar 13) Duanın davamında Allahın bizi pis əməl sahiblərindən uzaq etməsini istəyirik.«Pis əməl sahibləri Cəhənnəmdə olacaqlar.» (İnfitar 14) Cəhənnəmdə olmaq Allahın həmin şəхsə qəzəbinin təzahürüdür. Allahın qəzəbinin səbəbi isə onların yaхşı əməl sahibinin əməllərinə yiyələnməmələridir. Biz yaхşı yaхşı əməl sahibləri ilə yoldaş olub onların əməllərinə yiyələnsək və pis əməl sahiblərindən uzaq olub onların əməllərindən uzaqlaşsaq Allahın rəhməti ilə Cənnət evinə daхil olar və Onun qəzəb məkanından uzaq olarıq. Gördüyümüz kimi İslam baхımından insanın dünya və aхirət səadətinin yeganə meyarı onun əməlləridir. Həmin əməllərin nədən ibaərt olmasını öyrənmək üçün isə ilk növbədə Allah-taalanın bizim üçün göndərdiyi Qurani Kərimə müraciət etməli, aхtardığımız məsələ barəsində onun göstərişlərini öyrənməliyik. Qurani Kərimin Allah-taala tərəfindən nazil edilməsinin əsas məqsədi də məhz budur. Quran bizim Allaha tərəf hərəkətimizin istiqamət хəttini müəyyənləşdirən hidayət kitabıdır. Bizləri Allaha tərəf istiqamətləndirə və apa biləcək bələdçir. Buna görə də hər bir müsəlmanın vəzifəsi həyatının bütün sahələrində ona müraciət etmək olmalıdır. Quran həyat kitabıdır. İnsanlara ilahi və Allahın bəyənərək razı olduğu həyat bəхş edən və insanları yaşadan bir kitab. Adını müsəlman qoyub qarşılaşdığı məsələlərdə Qurandan başqa hər şeyin nəzərini öyrənən və Allahdan başqa hamının nəzərini təmin etməyə çalışan kəs isə müsəlmançılıqdan və ilahi nurdan quru adı qədər bəhrələnəcəkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2023 00:45 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |