|
|
Mübariz Qurbanlı: “Radikal dini qrupları xeyli geri sala bildik“Azərbaycanda dini radikal qruplara qarşı mübarizə bu gün də aparılır. Artıq bu mübarizənin nəticələri də var”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, radikal qrupların əleyhinə aparılan təbliğat effekt verib: "Artıq qəti şəkildə demək olar ki, Azərbaycanda radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli geri sala bilmişik. Onların Azərbaycanda sosial-iqtisadi bazası yox dərəcəsindədir. Eyni zamanda, gənclərimizi muzdlu əsgər kimi din adı altında xaricə aparanları da neytrallaşdırmışıq. Bu məsələdə hüquq-mühafizə orqanları çox səmərəli işlədi. Biz bundan sonra da üzərimizə düşəni yerinə yetirəcəyik. Dini radikalların Azərbaycanda hər hansı fəaliyyətinə imkan verməyəcəyik. Onların siyasi sabitliyi, ictimai asayişi pozmasına cəmiyyət və dövlət imkan verməz”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2016 17:58 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |