إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Kimsəsizlərə Kimsə Olaq!" xeyriyyə kampaniyası davam edir

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu xeyriyyə aksiyaları çərçivəsində “ Kimsəsizlərə Kimsə Olaq! ” xeyriyyə kampaniyası keçirilir.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, Əsasən Müqəddəs Ramazan ayında insanları paylaşmağa, yardım etməyə, bir-birinə kömək olmağa təşviq edəcək bu kampaniya çərçivəsində imkansız ailələrin müəyyən müddətlik ərzaq ilə təmin olunması nəzərdə tutulmuşdur:

Kampaniyaya qoşulacaq şəxslər tərəfindən formalaşan maliyyə hesabına ailələr üçün “ərzaq yardımı paketi” hazırlanacaq. Hər bir yardım paketində bir ailənin müəyyən müddətlik faydalana biləcəyi qədər ərzaq hazırlanması planlaşdırılır. Paketə (düyü, toyuq, yağ, şəkər və s.) əsas günlük qida rasionları əlavə ediləcək. Bir yardım paketinin hazırlanması 40 AZN təşkil edir.

Hər bir kəsi istər tək, istərsə də kollektiv şəkildə aksiyaya qoşulmağa, bir ailənin ərzaq paketini tək və ya yaxınları ilə birgə öhdəsinə götürməyə dəvət edirik. Sonda hazırlanmış yardım paketlərinin ailələrə çatdırılmasında Sizlər də qoşula, aksiyanın həyata keçirilməsində yaxından iştirak edə bilərsiniz.

İlk 50 ailə üçün ərzaq paketlərinin hazırlanmasını İƏT Gənclər Forumu öz üzərinə götürüb.

Yardımları çatdırmaq üçün DƏ-İKGF ofisi və ya göstərilən şəxslərlə əlaqə saxlayaraq ödəyə bilərsiniz.

“Bir ailəyə də sən KİMSƏ OL!”

Ünvan: S.Rəhimov 309 World Business Center, 12 mərtəbə, III ofis

Elçin Hüseynov - 051-611-21-23

Cavid Abdullayev - 055-265-51-55

İnformasiya dəstəyi - islam.az

Mənbə:İslam.az

Похожее изображение

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2016  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!