|
|
Qərar: “Şəhidlər” məscidi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaqBakıdakı “Şəhidlər” məscidinin statusu ilə bağlı qərar verilib - “Şəhidlər” məscidi "Heydər" məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M. Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: “Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. “Şəhidlər” məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2016 17:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |