|
|
Nardaranda yaradılacaq dini icmanın sənədləri DQİDK-ya daxil olubBakının Nardaran qəsəbəsində yeganə dini icma kimi fəaliyyət göstərəcək “Rəhimə xanım ziyarətgah - məscidi” dini icmasının qeydiyyatı üçün sənədlər artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİK) daxil olub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, hazırda “Rəhimə xanım ziyarətgah - məscidi” dini icmasının yaradılması ilə bağlı sənədlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi mövcuddur. Ötən ilin sonunda qəsəbədə baş verən məlum hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduqları üçün dayandırılıb. Bundan sonra Nardaranda yalnız bir icmanın qeydiyyata alınması və digər məscidlərin o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qayda ilə idarə olunması barədə qərar qəbul edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2016 11:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |