إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dini Komitə sədrindən azanın oxunma saatlarında təzadlara yol verən məscidlərə xəbərdarlıq (Video)

“Hər bir məsciddə Qafqaz Müsəlmanlar İdarəsinin tərtib etdiyi təqvimlərə əməl etməlidir. İdarənin verdiyi fətvaya əməl etmək hər bir məscidin borcudur. Burada heç kim başqa bir addım ata bilməz. Çünki Qafqaz Müsəlmanlar İdarəsi bütövlükdə Azərbaycanda müsəlman icmasına rəhbərlik edir. Onun verdiyi qərarlar məsciddə və bu kimi dini ayinləri icra edənlər üçün məcburi xararakter daşıyır”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ANS TV-nin “Hesabat”verilişində Mir Şahinin suallarını cavabalandırarkən deyib.

Ramazan ayı münasibəti ilə Azərbaycan xalqını təbrik edən komitə sədri bu barədə yerlərdə azanın oxunma saatlarında təzadlara yol verən məscidlərə xəbərdarlıq edərkən danışıb.

Dini radikal qrupların ölkəmizdəki mövcudluq səviyyəsindən danışan Mübariz Qurbanlı bu qrupların Azərbaycan cəmiyyətində milli təhlükəsizliyimiz, asayişimiz üçün hər hansı bir böyük təhlükə törətdiyi fikrində olmadığını bildirib.

Komitə sədrinin sözlərinə görə, arxayınçılığa yol vermədən işlər ardıcıl şəkildə davam etdirilməlidir. Təbliğat həm hüquqi, həm iqtisadi müstəvidə aparılmalı, dini radikal qrupların Azərbaycanda dairələrini genişləndirməsinə imkan verilməməlidir.

Daha sonra Qazaxıstanın Aktobe şəhərində son günlər baş verən radikal dini qruplaşmaların törətdiyi silahı qarşıdurmalara toxunan Mübariz Qurbanlı bu cür radikal qruplara qarşı mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, radikal qruplar Azərbaycanda bir sıra məscidlərdə özlərinə müəyyən dayaqlar yaratmağa cəhdlər etsə də, onların qarşısı alınır.

“Qazaxıstan dini baxımdan Mərkəzi Asiyada sabit ölkələrdən biri hesab olunur. Lakin son hadisələr göstərdi ki, bu sabitlik nisbidir. Burada da hansısa qruplar müəyyən zərərli fikirlərini yaya biliblər. Bunun özü göstərir ki, belə sabitlik nisbiliyini nəzərə almaq lazımdır. Düşünmək lazım deyil ki, bu bizdə ola bilməz. Bu cür qruplar İslam adı altında öz siyası məqsədlərini, maraqlarını ifadə etmək istəyirlər. Onlar müəyyən xarici dairələrlə əlaqəlidir. Bu da Qazaxıstanda açıq şəkildə özünü göstərdi. Buna görə Azərbaycanda da qabaqlayıcı tədbirlər görülməlidir”-deyə Mübariz Qurbanlı vurğulayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2016  11:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!