|
|
Komitə sədri: Bəzi radikal qrupların əli ilə Azərbaycan dövlətinə təzyiqlər göstərilməyə cəhd edilir“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı verdiyi fətvanın dövlətin qanunlarına təsiri yoxdur. Bu fətva ancaq dinə aiddir. Dövlət bu işlərə, hər hansı bir ayinin necə icra olunması məsələsinə müdaxilə etmir”. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, bu gün bəzi radikal qrupların əli ilə Azərbaycan dövlətinə təzyiqlər göstərilməyə cəhd edilir: “Buna qarşı mübarizə aparmalıyıq. Dini radikal qruplar deyərkən ancaq islami qruplar nəzərdə tutulmamalıdır. Xristian və yəhudi dinlərinə aid radikal qruplar da bura ayaq aça bilər. Bu gün islamçı radikal qrupların ölkəmizdə baza yaratmaq cəhdlərini görməkdəyik. Ayrı-ayrı gənclərimizi təsir altına salaraq xarici ölkələrə göndərirlər. Biz təbliğat və geniş izahat yolundan istifadə edərək bunun qarşını almalıyıq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2016 11:37 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |