|
|
İsmayıllı şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilibİyunun 7-də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQIDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib. Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətnə istinadən məlumatına görə,görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, RİH başçısının müavinləri və əməkdaşları, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov, şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, dini icmaların sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə görülən işlərdən danışıb. QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Ş.Bilalov görüşdə çıxış edərək Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsini, eyni zamanda dini-ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2016 10:59 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |