|
Orucu batil edən əməllərEy iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.
Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
(Bəqərə 183;184 185)
Orucu batil edən əməllər
1. Yemək və içmək. 2. Cima(cinsi əlaqə) 3. İstimna (istimna, kişilərdə başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir. Qadınlarda isə şəhvətlə çıxan, "inzal" adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət xaric olması halına uyğundur və bu hal cənabətə səbəb olur). 4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad vermək – (onların adından yalandan bir söz demək). 5. Ehtiyat vacibə görə tozu boğaza yetişdirmək. 6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq. 7. Axıcı şeylərlə imalə etmək. 8. Qəsdən qusmaq. Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma əgər insan, orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şəri bir dəlilə istinadı olsa və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz. Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə xəyal etsə ki, orucu batil olubdur gərək məsələni dəqiqləşdirsin və qəsdən ikinci dəfə orucunu pozacaq bir əməli yerinə yetirib orucunu batil etməməlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2016 12:20 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |