|
Bakıda Qurani-kərimin təfsiri ilə bağlı "Təfsir Məclisi" keçirilibBakıda "Qasımbəy" cümə məscidində Qurani-kərimin təfsiri ilə bağlı "Təfsir Məclisi" keçirilib Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə,mərasimdə ilahiyyatçı alimlər, ziyalılar, o cümlədən inanclı insanlar iştirak edib. Məclis Qurani-kərimin oxunması ilə başlayıb. Mərasimdə çıxış edən ilahiyyatçı alim Hacı Samir Ağayev bildirib ki, "Təfsir Məclisi" insanlara Quranı düzgün şəkildə dərk etdirmək, onun bütün ayələrini düzgün anlamaqdan ötrü təşkil olunur: "Əgər biz Quranı düzgün şəkildə bilmək istəyiriksə, mütləq təfsir elminə müraciət etməliyik. Təfsirsiz Quranı bilmək mümkünsüzdür. Quranın yolu düzgün təfsiri bilməkdən keçir." Mərasimdə çıxış edən digər ilahiyyatçılar vurğulayıblar ki, Quran elmləri arasında təfsir, ən geniş sahədir. Təfsir ərəb dilindən tərcümədə “izah etmək, açıqlamaq, hansısa bir şeyin örtüyünü götürmək” mənasını verir. İlahi kəlamın izah və açıqlanması Peyğəmbərdən (s) başlayaraq bu günə qədər davam edib. Ümumiyyətlə isə bu vaxta qədər Quranın müxtəlif təfsir metodları olub. İlk təfsirçi Allahın Özü, sonra Həzrət Rəsulallah (s), daha sonra isə Quranın özü olub. Bundan sonra Peyğəmbər (s) fani dünyanı tərk etdikdən sonra səhabələr tərəfindən təfsirlər irəli sürülüb, daha sonra isə tabeinlər. Mərasimin sonunda qeyd olunub ki, bu kimi məclislər bundan sonra da davam etdiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2016 11:39 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |