|
Süleymanpur: “Azərbaycanla İran terrora qarşı mübarizədə vacib rol oynaya bilər”“Beynəlxalq siyasi mühit getdikcə daha çox qütbləşməyə məruz alır. ABŞ-dakı seçki prosesini izləyirsinizsə, bu ölkədə bunun daha bariz nümunəsini görmək mümkündür. Düşünürəm ki, bu qütbləşmə davam edəcək və regionumuza da təsir edəcək”. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Hadi Süleymanpur ADA universitetində keçirilən “İran İslam Respublikasının xarici siyasət prioritetləri” mövzusundakı mühazirə zamanı bəyan edib. H. Süleymanpur oxşar halların Avropada da baş verməsinin narahatlıq doğurduğunu bildirib: “Avropa hazırda sosial-iqtisadi, təhlükəsizlik məsələləri ilə bağlı həll yollarını axtarır. Avropaya radikalizm və populizmin qayıtmasından narahatıq”. ABŞ-la Rusiya arasında regional və qlobal məsələlər üzrə məsafələrin getdikcə böyüyəcəyini deyən nazir müavini bildirib ki, regiondakı yaxın qonşular arasında harmonik münasibətlərin qurulması İranın başlıca siyasi xətti olub: “İran prezidentinin müəyyənləşdirdiyi vacib xətlərdən biri də radikallaşma və terrora qarşı mübarizə, qarşılıqlı dialoq olub. Azərbaycan və İran bu problemlərə qarşı mübarizədə vacib rol oynaya bilər”. H. Süleymanpur onu da qeyd edib ki, Yaxın Şərq regionu ölkələri bəzi ittihamları kənara qoyaraq əməkdaşlıq etməlidir: “Regionun ən çox ehtiyac duyduğu məsələ əməkdaşlıqdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyun, 2016 18:05 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |