|
|
Ağsuda “Nuran Xatun” məscidi dini icması tərəfindən dini - maarifləndirici tədbir keçirilib - Foto Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslam gözəl əxlaqdır” mövzusunda dini maarifləndirici tədbir həyata keçirilib.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, dini icma üzvləri, ağsaqqallar, axund və imamlar iştirak ediblər.
Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli tədbiri açıq elan edərək keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştitrakçılarının nəzərinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli İslamın sevgi, əxlaq, sülh və əmin-amanlıq dini olduğu haqqında geniş məruzə ilə çıxış edərək milli-mənəvi və dini dəyərlər, eyni zamanda İslam dininin əsl mahiyyəti haqqında geniş söhbət açıb.
Sonda ölkəmizdə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi nümayiş olunub.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2016 13:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |