|
Ağsuda “Nuran Xatun” məscidi dini icması tdini - maarifləndirici tədbir keçirilib Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslam gözəl əxlaqdır” mövzusunda dini maarifləndirici tədbir həyata keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, dini icma üzvləri, ağsaqqallar, axund və imamlar iştirak ediblər.
Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli tədbiri açıq elan edərək keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştitrakçılarının nəzərinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli İslamın sevgi, əxlaq, sülh və əmin-amanlıq dini olduğu haqqında geniş məruzə ilə çıxış edərək milli-mənəvi və dini dəyərlər, eyni zamanda İslam dininin əsl mahiyyəti haqqında geniş söhbət açıb.
Sonda ölkəmizdə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi nümayiş olunub.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2016 13:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |