|
|
Mübariz Qurbanlı İrana rəsmi səfərə gedəcəkMayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQIDK) sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə səfər edəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİDK mətbuat xidməti məlumat yayıb. Məlumata görə,nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçiriləcək “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasiminə qatılacaq.
Mübariz Qurbanlının İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin, Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.
Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2016 17:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |