|
Azərbaycanda 1500-ə yaxın məscid imamsız, axundsuz qalıbAhlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Trend-ə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 2100-ə yaxın məscid mövcuddur. Lakin onların təxminən 600-ə yaxını rəsmi qeydiyyatdan keçib və imam, axundlarla təmin olunublar: "Amma 1500-ə yaxın məscid yenə də boş, yəni imamsız, axundsuz qalıb. Bu da müəyyən xoşagəlməyən halların meydana çıxmasına səbəb olur. Yəni dini ixtisas cəhətdən axsayan adamlar bəzən həmin məscidlərdə imamlıq, yaxud axundluq etməyə başlayırlar. Bu da islama ziyandır". S.Həsənli bildirib ki, xaricdə dini təhsil alıb gələnlər həmin məscidlərə sərbəst şəkildə yiyələnirlər. Onun fikrincə, belə halların olmaması üçün Bakı İslam Universitetinə ayrılan plan yerlərinin sayı artırılmalı və bu məktəbin məzunlarına verdiyi diplom tanınmalıdır. QMİ sədrinin müavini əlavə edib ki, bu il hökumətdən universitet üçün daha çox plan yeri istənilsə də, cəmi 125 plan yerinin ayrılmasına qərar verilib: "Biz əslində daha çox yer istəyirdik. Çünki ehtiyac çoxdur. 1500 məscisdimiz boşdursa, xaricdə oxuyub gələnlər və sairlər ölkəyə gələrək məscidlərə sərbəst şəkildə yiyələnirlər. Çünki Allah Evidir, əgər bura hər hansı iş adamı və ya kollektiv tərəfindən tikilibsə, o, işləməlidir, Allah Evi bağlı qala bilməz. Bəs, kimin hesabına? Biz tələb olunan sayda kadr verə bilmirik. Təklif etdiyimiz kadrların da diplomları tanınmadıqlarına görə onlar işə qəbul oluna bilmirlər". Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da bildirib ki, 1991-ci ildən sonra xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının sayı həddindən artıq çoxdur. Onun sözlərinə görə, bu müddətdə xaricdə dini təhsil alanların sayı 2166 nəfər olub. G.İsmayılov da xaricdə dini təhsilin bəzi problemlər yaratdığını da söyləyib: "Xaricdə dini təhsil alanlar həmin müddətdə oradakı həyat tərzini də mənimsəyirlər. Onlar Azərbaycanda fəaliyyətə başlayarkən təhsil aldıqları ölkələrin bizim üçün yad olan həyat tərzini də burada təbliğ etmiş olurlar. Bu da cəmiyyətdə ciddi problemlər yaradır". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2016 12:03 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |