|
|
Nardaranda mədrəsə tikilir"Nardaranda sabit vəziyyət var. Bu gün Nardaranda aparlan abadlıq-quruculuq işləri qəsəbənin əhalisi tərəfindən birmənalı şəkildə dəstəklənir. Eyni zamanda, Nardaranda dini baxımdan da bəzi tədbirlər həyata keçirilməkdədir”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, Nardaranda Cümə məscidinin, dini icmanın formalaşması istiqamətində iş başa çatmaq üzrədir: “Artıq onların sənədləri bizə təqdim olunub. Biz onları qeydiyyata alacağıq. Digər məhəllə məscidlərində isə Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı ilə məscidlərin idarəçiliyi ilə bağlı nümayəndələr müəyyənləşdirilməkdədir. Bəziləri hətta müəyyənləşdirilib. Eyni zamanda, Nardaranda mədrəsə tikilir və istifadəyə veriləcək. Nardaranda hər şey dövlətin və xalqın maraqlı çərçivəsində davam edir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2016 18:22 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |