|
Oğuzda Xaçmaz kənd məscidi dini icması “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti”mövzusunda maarifləndirmə tədbiri keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) dəstəyi ilə mayın 16-da Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. ahlibeyt.az-ın DQİk mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz kənd 2 saylı tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev, Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı və kəndin imamı Kənan Hacıbabayev, Sincan kənd məscidi dini icmasının sədri Kamal Bəşirov, dini icma üzvləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan qayğısı kimi qiymətləndirib. Çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev dövlət-din münasibətlərindən danışıb, tolerantlığın hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri bir məsələ olduğunu vurğulayıb. Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinsipinə çevrilməsini qeyd edib. Natiq mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi üçün lazım olan amillərə də toxunub. Tədbirdə, həmçinin Xaçmaz kənd məscidinin imamı Kənan Hacıbabayev, Sincan kənd dini icmasının sədri Kamal Bəşirov çıxış ediblər. Çıxışlardan sonra tədbir iştirakçılarına dini icma tərəfindən müxtəlif dini təyinatlı ədəbiyyatlar paylanılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2016 18:01 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |