|
|
Əbülfəs Qarayev: Azərbaycan və İranı ortaq tarix, mədəniyyət və din bir-birinə daha sıx bağlayırMədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. Azərbaycan və İranı ortaq tarix, mədəniyyət və din bir-birinə daha sıx bağlayır. İranlı qonaq rəhbərlik etdiyi təşkilatın 60-dan çox ölkədə 83 mədəniyyət mərkəzinin olduğunu vurğulayıb. Bildirib ki, bu mərkəzlərdən biri də Azərbaycanda fəaliyyət göstərir: “Son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir. İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri inkişaf edir, turist səfərlərinin sayı çoxalır. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdən ibarətdir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2016 18:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |