|
|
"Heydər" məscidində mədrəsənin yaradılması gündəmdədir""Heydər" məscidinin nəzdində mədrəsənin fəaliyyətə başlaması ilə bağlı təkliflər vermişik və hazırda bu təkliflərə baxılır".
Ahlibeyt.az-ın Faktxəbərə istinadən məlumata görə,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri məsələ ilə bağlı bildirib:
"Azərbaycanda ölkə daxilində təhsil alan milli dini kadrların hazırlığına çox böyük diqqət yetirilir: "Çünki bu cür kadrların hazırlanması gələcəkdə məscidlərimizin idarəçiliyi üçün çox vacibdir.
Milli dini kadrların hazırlığı məqsədilə Bakı İslam Universitetinin, bir neçə mədrəsənin fəaliyyət göstərdiyini xatırladan komitə sədri bildirib ki, "Heydər" məscdinin nəzdində də mədrəsə olmalıdır.
"Heydər" məscidinin nəzdində də bir mədrəsə fəaliyyət göstərməlidir ki, orada ildə təxminən 20 nəfər İslam elmini öyrənməklə məşğul olsunlar. Hesab edirəm ki, məscidin nəzdində belə bir mədrəsə fəaliyyət göstərərsə milli kadrların hazırlığında, xüsusilə, islami dəyərlərin öyrədilməsi baxımından çox əhəmiyyətli rol oynaya bilər.
Belə bir təklif vermişik baxılır və inşallah ki, müsbət həll olunur. "Heydər" məscidi ilə danışmışıq, Bakı Şəhər İcra Hakimiyyəti bu işə müsbət yanaşır, Qafqaz Müsəlmanları İdarəsi də dəstək verir. Hazırda bu istiqamətdə iş aparılır. Amma nə zaman reallaşacağı barədə dəqiq tarix deyə bilmərəm".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2016 12:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |