|
|
Mübariz Qurbanlı: "Azərbaycanla İran arasında din və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir"Dost ölkələr olan Azərbaycan və İran arasında əlaqələr sürətlə inkişaf edir. Bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahələrində də qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman ilə görüşdə bildirib. Komitə sədri vurğulayıb ki, Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ulu öndər Heydər Əliyev Azərbaycan-İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl davam etdirir. M.Qurbanlı vurğulayıb ki, Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini qeyd edən komitə sədri ölkəmizdə dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb. Qeyd edib ki, dini radikalizmə və terrorizmə qarşı mübarizədə bütün ölkələr səylərini birləşdirməlidirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2016 17:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |