|
|
Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edibBu gün görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər və gül dəstələri qoyublar. Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edibilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2016 13:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |