|
|
Novruz Məmmədov: Multikulturalizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər güdür"Əslində multikulturalizm anlayışına Qərb cəmiyyətinin baxışı xüsusi məqsədlər və maraqlar güdür". Ahlibeyt.az-ın Trend-ı istinadən məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ulu öndər Heydər Əliyevin 93-cü ildönümündən bəhs edən "Heydər Əliyev irsi və multikultural dəyərlər" adlı kitabda dərc olunan məqaləsində bildirib. N.Məmmədov qeyd edib ki, hazırda multikulturalizmin sadəcə ölkədaxili sosial proses mahiyyətini aşaraq ümumilikdə beynəlxalq münasibətlər sistemində mühum faktora çevrildiyini nəzərə alsaq, son dövrlərdə xarici siyasət leksikonunda daha çox istifadə olunan "yumşaq güc" və ya "ağıllı güc" məhfumuna diqqət yetirilməsi vacibdir: "Qərbdə "yumşaq güc" dedikdə, ilk növbədə dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, mədəniyyətə, siyasi ideologiyaya və proqnozlara görə təmin etməyə çalışdığı nəzərdə tutulur. Əgər "sərt güc" məcburetməyə əsaslanırsa, "yumşaq güc" də könüllü iştirakı nəzərdə tutur. Ancaq könüllü iştirakda da son məqsəd lider dövlətin mədəni meyarlarını qəbul etməkdən ibarətdir. Bu mənada söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər. Bir sözlə, geoasiyasətdə terminologiya dəyişsə də, təməl ideya və strateji məqsəd dəyişmir". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2016 11:32 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |