|
|
Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “İslamda qardaşlıq prinsipi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “İslamda qardaşlıq prinsipi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,Xəzər rayonu Binə qəsəbəsində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları Faiq Ələkbərov, Novruz Nuriyev, Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində atılan müsbət addımlardan, Azərbaycan məscidlərində vəhdət və birliyə çağırışlarla bağlı mütərəqqi təşəbbüslərdən söhbət açıb.
Natiqin çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin uğurla icra olunması xüsusilə vurğulanıb.
Daha sonra çıxış edən Bakı şəhəri üzrə şöbənin əməkdaşları İslamın vəhdət və birlik prinsiplərindən bəhs ediblər. Sonda Binə qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov və dindarlar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2016 12:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |