|
DİN Zaqatalada radikallara qarşı xüsusi əməliyyat keçirir, saxlanılanlar var - SİYAHIOnlar bölgədə bölücülük meylləri yayıb, vətəndaşları hədə-qorxu, zorakılıqla öz sıralarına cəlb etməyə çalışıblar. Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Respublikanın hüquq-mühafizə orqanlarının Zaqatalada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat barədə rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, qeyd olunan strukturların əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri saxlanılıb. Saxlanılanlar aşağıdakılardır: Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov. Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2016 14:39 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |