إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəkidə ilin təntənəli açılış mərasimi

Festivallar şəhəri Şəki daha bir tədbirin astanasında - Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəkidə ilin təntənəli açılış mərasiminə saatlar qalıb.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə,festivallar şəhəri Şəki növbəti möhtəşəm festivalı qarşılamağa hazırlaşır. Festivalın  əsas  cərəyan etdiyi  tarixi abidələr olan  mərkəzlərdə  səhnələr  qurulur.

Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəkidə ilin təntənəli açılış mərasiminə saatlar qalıb.

TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Anstv-nin müxbiri tədbirə hazırlıqların başa çatdığını, tarixi abidələr olan mərkəzlərdə səhnələrin də artıq qurulduğunu bildirib.

Qonaqların, TÜRKSOY rəsmilərinin ilk olaraq Şəki xan sarayını ziyarət edəcək və “Qonaqları elə "Şəki xanı"nın özü qarşılayacaq.

Nümayəndələr sarayı ziyarət etdikdən sonra “Şərq bazarı” deyilən əraziyə doğru hərəkət edərək burada müxtəlif səhnələrlə tanış olacaq, Şəki milli mətbəxinin təamlarını dadacaq, cıdır meydanında atlarla yaradılan səhnəcikləri və  daha sonra cəngavərlərin at belindəki müxtəlif hərəkətlərini izləyəcəklər”, - deyə müxbir festival çərçivəsində baş verəcəklər haqqında məlumat verib.

Daha sonra qonaqların Karvansaraya gələcəklərini,  buradakı sərgilərdə müxtəlif əl işləri ilə tanış olacaqlarını bildirdi. Müxbir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Yalçın Topçunun , türk dünyasının böyük yazarı Oljas Süleymanovun, BMT-nin ali nümayəndəsi Əli Nasirin, mədəniyyət və turizim nazirinin müavini Vaqif Əliyevin də tədbirə qatılacaq.

“Tezliklə festivala Mədəniyyət və Turizm Nazirliyinin bütün heyəti və TÜRKSOY-un baş katibi Küsen Kaseinov da qatılacaq”, – deyə müxbir əlavə etdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2016  16:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!