|
Dağlıq Qarabağla bağlı sual Rusiya, ABŞ və Fransaya ünvanlanmalıdır - PA rəsmisi"Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir. 25 il ərzində Azərbaycan beynəlxalq aləmdə bütün səyləri ilə sülh və sülh yaratmaq prosesinə öz töhfəsini vermək istəyir." Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışı zaman deyib. O bildirib: “Düşünürəm ki, biz sülh prosesini bütün sahələrdə - həm siyasi, həm mədəni, həm də iqtisadi əməkdaşlıq, təhlükəsizlik sahələrində həyata keçirmişik. Bu gün də BMT ilə birgə təşkil edilən belə tədbirin keçirilməsi sonuncu hadisə deyil. Bizim bu cür tədbirlərimiz çox olub." PA rəsmisi bildirib ki, ikinci dünya müharibəsindən sonra BMT kimi unikal təşkilat yarandı ki, dünyada sülhü bərqarar etsin. BMT öz vəzifəsini yerinə yetirə bilmədiyi üçün Svilizasiyalar Alyansına ehtiyac yarandı: "Türkiyə və İspaniyaSvilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış etdilər. Buna görə də, BMT ilə bağlı fikir mübadiləsi aparanda çoxları belə deyir ki, biz bilirik bu təşkilat kimlərə xidmət edir. Ümumiyyətlə, son vaxtlarda təşkilatların yaranması yağışdan sonra göbələyin peyda olması kimdir. Amma nəticə etibarilə biz bugünkü beynəlxalq aləmdə gərginlik müşahidə edirik. Bayaq bir sual ünvanlandı ki, beynəlxalq hüquq tətbiq edilsəydi necə olardı? Mən buna cavab verməyəcəm. Amma, kaş, beynəlxalq hüquq tətbiq ediləydi və biz görərdik ki, bu hüquq necə olur”. Administrasiya rəsmisi, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə suala münasibət bildirərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsi barədə sual Rusiyaya, ABŞ-a, Fransaya və BMT-yə ünvanlanmalıdır. Amma BMT bu məsələdən tamam kənardadır, bir dəfə də Təhlükəsizlk Şurasının qətnamələri barədə danışılmayıb”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 13:40 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |