|
|
Birləşmiş Ərəb Əmirliklərində Bakıda keçiriləcək İslamiada üçün vacib idman növləri açıqlanıbGələn il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində mətbuat konfransı keçirilib. Ahlibeyt.az-ın Apasport.az-a istinadən məlumatına görə, 57 ölkədən 5000 atletin iştirakı gözlənilən yarışda vacib olan idman növlərinin siyahısı açıqlanıb.
Belə ki, kamandan oxatma, üzgüçülük (o cümlədən sualtı üzgüçülük), atletika, basketbol, qılıncoynatma, futbol, gimnastika, həndbol, cüdo, karate, stolüstü tennis, taekvondo, voleybol və ağırlıqqaldırma növləri üzrə yarışların keçirilməsi tövsiyə olunub. Lakin ev sahibi həmin regionda sevilən idman növünü proqrama daxil etmək hüququna malikdi. Sonuncu yarışı keçirən İndoneziya badmintona üstünlük vermişdi. Azərbaycanın isə seçimini uşunun üzərində dayandıracağı gözlənilir.
İslam Həmrəyliyi İdman Federasiyalarının baş katibi Feysəl Əl Nassel Bakının belə bir yarışı üzərinə götürmələrinə şad olduqlarını açıqlayıb: “Fəxr edirik ki, Bakı kimi möhtəşəm bir şəhər IV Oyunları öz üzərinə götürüb. Çoxsaylı böyük beynəlxalq turnirlərin təşkilində zəngin təcrübəyə malik şəhərin gənən il bu yarışı keçirəcəyini səbirsizliklə gözləyirik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 12:30 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |