|
Allahşükür Paşazadə: Ermənilər təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə də uduzublar"Ermənilər öz ədalətsiz, haqsız iddialarından əl çəkməlidirlər. Başa düşməlidirlər ki, onlar uduzublar". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Dini rəhbərlər və zorakı ekstremizm: önləyici tədbirlərlə bağlı çətinliklər" mövzusunda sessiyada çıxışı zamanı deyib. A.Paşazadə bildirib ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur: "Azərbaycan yeganə ölkələrdəndir ki, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, müsəlmanlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur". Şeyxülislam qeyd edib ki,ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazilərimizdə soyqırımlar törədib, tarixi abidələrimizi dağıdıblar: "Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan bu istiqamətdə ciddi işlər apara bilərik. Biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırıq". O,vurğulayıb ki, ermənilər təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə də uduzublar: "Onlar başqa dinləri və dilləri saymırlar. Özgəyə məxsus torpaqları zəbt edirlər. Ermənilər hər yerdə hər cür vasitəyə əl atan bir millətdir. Ermənistan qoşunları gec-tez Azərbaycan torpaqlarından çıxmalıdır. Mən Azərbaycanın gələcəyinə inanıram. Ermənilərin atdığı addımlar isə qəbuledilməzdir. Ermənilərin dini liderlərinə bir daha mesaj göndərirəm: insanları başa salsınlar ki, işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar, onların analarının gözləri yaşlı qalmasın".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 09:17 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |