|
|
Müdafiə naziri ön xətdə olub - FotolentMüdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Ahlibeyt.az-ın Müdafiə nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə,ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub. Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib. Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016 22:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |