|
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul edilibBu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib. Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin də əksini tapdığını bildirib: “Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.
Sənəddə qeyd olunur ki, Bakı Bəyannaməsi Mədəni və dini müxtəlifliklərə hörmət və anlaşmanın vacibliyini qeyd edir, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlığı təbliğ edir.
Bəyannamədə sülh, təhlükəsizlik və inkişafın genişlənməsində universal dəyər kimi Sivilizasiyalar Alyansın moderatorluğunu genişləndirəcəyi vurğulanır. Dünyanın mədəniyyət müxtəlifliyi və mədəni irsinin bütün xalqlar arasında sülh faktoru və inkişaf kimi hər kəs tərəfindən qorunmasının vacibliyi bildirilir. Mədəni irslərə qarşı davamlı və geniş miqyasda qanunsuz aktların baş verməsi ilə bağlı narahatlıq ifadə olunur. Sülh və təhlükəsizliyin, insan haqlarının və dayanıqlı inkişafın təbliğ olunması üçün mədəni irsə hörmətin vacibliyi vurğulanır. Mədəniyyətlərarası və dinlərarası dialoqun, tolerantlıq, plüralizm və qarşılıqlı hörmət sahəsində əməkdaşlığın vacibliyi qeyd olunur. "2030 Dayanıqlı İnkişaf Gündəliyi"nin qəbulu alqışlanır. Günahsız insanların ölümünə, dağıntılara və insanların qaçqın düşməsinə səbəb olan, dünyanın müxtəlif yerlərində qeyri-tolerantlıq, zorakı ekstremizm, zorakılıq və terrorizm aktlarından narahatlıq ifadə olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016 18:23 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |