|
|
Pan Gi Mun Bakı forumunda: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir”Bəzi səbəblərə görə, tədbirdə iştirak edə bilmədim. Hər birinizi salamlayıram”. Ahlibeyt.az-ın “Report”-a istinadən xəbərinə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində video-çıxışında deyib. O bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd ayrı-seçkiliyin qarşısını almaqdır: “Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir. Biz heç kəsi diqqətdən kənar qoymamalıyıq. Növbəti ay həssas məsələlərdən birinə toxunacağıq. Türkiyənin İstanbul şəhərində humanitar böhranla bağlı tədbir keçiriləcək. Hər birinizi ora dəvət edirik”. Baş katib qeyd edib ki, BMT dünyada sülhün bərqərar olmasına çalışır: “Bütün insanlara diqqət göstərilməlidir. Gənc innovatorlara dəstək verməliyik. Jurnalistləri də bu işdə aktiv olmağa çağırırıq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016 13:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |