إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Türkiyə Prezidenti: Terrorçu qruplar ən böyük zərbəni məhz müsəlmanlara vururlar

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Bakı Forumunun ikinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Ahlibeyt.az-ın Salamews-a istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti çıxışında Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib: "Bu gün bu alyansı dəstəkləyən millətlər olaraq, mədəniyyətlərin sülh və əmin-amanlıq içində, birgə yaşadığı Azərbaycandayıq. Azərbaycan 2016-ci ilini BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə taclandırıb. Bu forum Alyansınıza faydalanmaq imkanı verəcək. Bu tədbir üçün Azərbaycana təşəkkür edirəm."

Rəcəb Tayyib Ərdoğan deyib: “Sivilizasiyalar Alyansının təməlini bundan 11 il əvvəl İspaniya rəsmi nümayəndələri ilə atmışıq. Bu gün 140-a yaxın ölkə bu Alyansa dəstək verir. Sivilizasiyalar Alyansı BMT-nin ən vacib cəhdlərindən biridir.

Biz bu reallığı qəbul etməliyik ki, Alyansın məqsədlərinə çatması üçün hələ çox vaxt lazımdır. Radikal addımlarla, bu addımlarla bəslənən terrorla mücadilədə mübarizə apara bilmirik. Şiddət yaradan siyasi çatışmalara çarə tapa bilmirik. Bu əsrin məsuliyyətli liderləri ilə bu kimi təhlükələrə son verməliyik. Bu gün 60 milyon insan müharibələr üzündən ölkələrini tərk etmək məcburiyyətində qalıblar. İslam adına çıxış edən terrorçu qruplaşmalar ən böyük ziyanlarını məhz müsəlmanlara vururlar. İslam sülh dinidir. Mənası sülh olan bir din terrora imkan verərəmi?! Bizim dinimizdə terrora yer yoxdur. İŞİD kimi terror qruplaşmalarının İslamla heç bir əlaqəsi yoxdur”.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!