إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev: "Bəzi hallarda BMT qətnamələri bir neçə saata icra olunur, Azərbaycana gəlincə, 20 ildən artıqdır, yerinə yetirilmir"

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilir.

Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Dövlət başçısı bildirib ki, müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb: “Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir”.

Prezident İlham Əliyev bildirib ki, Xocalıda qətliam törədilib, 600-dan çox uşaq, qadın və qoca qətlə yetirilib: “Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır".

Dövlət başçısı Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bəyan edib.

Prezident onu da bildirib ki, 1988-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistandan qaçqın, 700 mindən çox azərbaycanlı isə Qarabağdan köçkün düşüb: “Azərbayanın o dövrdə cəmi 8 milyon əhalisi vardı. O dövrdə ən yoxsul ölkələrdən biri idik. Biz qaçqın və məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salmışıq, bu işlər davam edir. Lakin o insanların bir qismi hələ də yataqxanalarda, şəraitsiz yerlərdə yaşayır".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016  12:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!