إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şəhidlər məscidi açıldı - Hələlik məsciddə camaat namazı qılınmayacaq

Şəhidlər Məscidi açıldı-  Məsciddə hələlik cümə və camaat namazları qılınmayacaq

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə AnsPress-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat veriblər.

Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilən və 8 ildir ki, təmirə bağlanan Şəhidlər Məscidi açılıb.

Məscid ötən gün səhər saatlarından etibarən yenidən fəaliyyətə başlayıb və artıq təyinatlar da olub. Ancaq məscidin axundunun kimliyi hələlik açıqlanmır.

Məscidin əməkdaşları da AnsPress-ə açıqlamalarında bildiriblər ki, burada hələlik cümə və camaat namazları qılınmayacaq, azan səslənməyəcək. Bundan başqa, moizələrin oxunması da nəzərdə tutulmayıb.

"Fərdi qaydada kim istəsə, məscidi ziyarət edə və namaz qıla bilər. Məscid səhər saat 9-dan axşam saat 18.00-dək açıq olacaq".

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bir müddət öncə ANS PRESS-ə açıqlamasında məscidin təmirinin bir aya yekunlaşacağı və bundan sonra istifadəyə veriləcəyini bildirmişdi.

Şəhidlər məscidi 28 iyun 1996-ci ildə açılıb. İbadət ocağı 2008-ci ildən təmirə bağlanıb. Bu ilin yanvar ayında isə məscidin minarələrinin üzərində təmir başlayıb. Yanvar ayında da məscidin açılacağı barədə məlumatlar yayılmışdı.

Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirmişdi ki, Şəhidlər məscidinin işlək vəziyyətdə olmaması düzgün deyil.

"Məscid sadəcə təmir işləri ilə bağlı fəaliyyətini dayandırıb. Hazırda insanların kütləvi istifadəsi ilə bağlı müzakirələr gedir. Sadəcə məscid elə yerdə yerləşir ki, ora çoxlu insan gəldikdə yolda problem yaranır. Amma gələcəkdə bu məsələyə baxılacaq".


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2016  16:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!