|
Müdafiə Nazirliyindən bəzi KİV və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıqCəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətindən Apa-ya verilən məlumatda bildirilib. Bəzi KİV isə rəsmi məlumatlardan da başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edirlər ki, bu da məqsədəuyğun deyil: ““Həbib Müntəzir” adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri feysbuk statusunda bölüşüb. Onun bu hərəkəti düşmən tərəfinin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumatları əldə etməsinə köməklik göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.
Bu kimi hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyət nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini bu kimi hallara qarşı mübarizədə həmrəy olmağa və qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyini nümayiş etdirməyə çağırır”.
Məlumatda qeyd olunur ki, həqiqətdə isə təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.
Allah rəhmət eləsin!
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2016 15:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |