|
Azərbaycan din xadimləri dünya ictimaiyyətinə müraciət etdiBu gün Qafqaz Müsəlmanları İdarəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən iştirakçılar şəhidlərimizə Allahdan rəhmət diləyib və onların yaxınlarına başsağlğı veriblər. Natiqlər cəbhə xəttində baş verən son hadisələr zamanı Ordumuzun qüdrətindən və hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Tədbirdə Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri adından dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə deyilir: "Sizlərə Vətənimiz Azərbaycanda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən təxribatlarla bağlı narahatlığımızı bölüşmək niyyəti ilə müraciət edirik. Dünya, o cümlədən ermənilərin özləri Qarabağın Azərbaycan torpaqları olduğunu bilir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarbağ respublikası adlı qondarma qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlilərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbyacan xalqına dərin başsağlıqlarımızı bildirir, Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını diləyirik"
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2016 15:20 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |