إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə: “Qaregin mənimlə görüşə gəlmədi”

Şeyxülislam Qarabağda şəhid olanların qanının yerdə qalmayacağını deyib.

Ahlibeyt.az-ın AnrPress-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Bu gün QMİ-də şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirilib.

Şeyx döyüşlər zamanı şəhid olan şəxslərin ailə üzvləri ilə görüşüb. Onun sözlərinə görə, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

O, Rusiyanın patriarxı Kirillə təşəkkür edib. Onun sözlərinə görə, patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır. "Cəbhədə baş verən son hadisələrdən sonra Qaragenlə məni görüşdürmək istəyirdi. Təəssüf edirəm ki, bütün ermənilərin katalikosu II Qaragen deyib ki, Azərbaycan Qarabağa olan iddialarından əl çəkməlidir. Ancaq o, BMT-nin 4 qətnaməsini unudur və təyin edilən görüşlərə gəlməkdən də imtina edir. Çünki o bilir ki, Qarabağ Azərbaycan torpağıdır".

O qeyd edib ki, bir neçə gün öncə prezident İlham Əliyevlə görüşüb və cəbhədə baş verən prosesləri müzakirə ediblər.

A.Paşazadə bildirib ki, döyüş meydanında şəhid düşən şəxslərlə bağlı QMİ yerli idarələrə müvafiq tədbirlər görülməsi barədə tapşırılar verib və yerli qurumlar da bu işdə fəallıq göstəriblər.

Şeyx onu da əlavə etdi ki, qələbə gec-tez Azərbaycanın olacaq: "Bu, qələbənin başlanğıcıdır. Burada din adamlarının da üzərinə böyük yük düşür. Vətəndaşların vətənpərvərlik ruhunun yükəsəldilməsində din adamlarının xüsusi rolu var. Biz bununla bağlı yerli moizəçilərə xüsusi proqram təqdim etmişik”.

QMİ sədri deyib ki, cəbhədə baş verənlər bir daha sübut etdi ki, Azərbayacan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edə bilər: “Bütün dünya qəbul edir, hətta Rusiya da bilir ki, Qarabağ Azərbaycan torpağıdır, azərbaycanlıların doğma yurdudur. Lakin ermənilər bunu qəbul və mən deyərdim ki, həzm edə bilmirlər. Baxmayaraq ki, biz din xadimlərinin başında əmmamə var, Ali Baş Komandan nə vaxt əmr versə, bütün dindarlar döyüşə hazırdır”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2016  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!