|
|
Ermənilərin dağıtdığı məscidlər bərpa olunacaq "Aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən toqquşmalar zamanı erməni tərəfindən dağıdılan ibadət evlərində qısa müddətdə bərpa işləri aparılacaq və onlar yenidən istifadəyə veriləcək".
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, sonuncu hadisələr zamanı məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib:
`Ermənilər işğal altında olan Azərbaycan torpaqlarındakı məscidlərdən hər zaman başqa məqsədlərlə istifadə edib, hətta mal-qara saxlayıblar. Bu hal Ermənistanın təcavüzkarlığını, erməni xislətini bir daha açıq-aydın göstərir`.
Qeyd edək ki, Əhmədağalı kəndinin ərazisində yerləşən məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Bir nəfər mülki şəxs həlak olub, məscidə ciddi ziyan dəyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 17:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |