|
Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması qanunla tənzimlənəcəkAzərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması qanunla tənzimlənəcək. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara uşaqların hüquqlarının qorunmasını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib. Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, "Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) əlavənin edilməsi təklif edilir. Bu layihəyə görə, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. "Telekommunikasiya haqqında" qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34-cü maddəsinə (Abunəçilərin hüquq və vəzifələri) nəzərdə tutulan dəyişiklikdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq. A.Naxçıvanlı bu dəyişikliklərin cəmiyyətin sosial sifarişi və onların qəbuluna ciddi ehtiyacın olduğunu deyib. Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 16:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |