|
Şəki İslam Mədrəsəsində "Multikulturalizm ənənələrinə sadiqlik" mövzusunda tədbir keçirilibŞəki İslam Mədrəsəsində "Multikulturalizm ənənələrinə sadiqlik" mövzusunda tədbir keçirilib.
Ahlibeyt.az-ın məlumatına görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki İslam Mədrəsəsinin müdir müavini Vüqar Məmmədov, Şəki Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov və mədrəsənin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini Azərbaycandakı tolerant mühit və multikultural ənənəyə hörmətin yüksək olması ilə əlaqədar olduğunu xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev aktual mövzuya həsr olunan tədbirin əhəmiyyətindən danışaraq ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.O qeyd edib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Natiq ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları ərazi olduğunu, xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən və mental dəyərlərimizdən qaynaqlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəki Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov çıxış edərək İslam dinində insana verilən dəyərdən və ehtiramdan söz açıblar. Daha sonra din xadimləri qeyd ediblər ki, irqindən, milliyətindən, dini əqidəsindən və sosial mənşəyindən asılı olmayaraq hər kəsə hörmət etməliyik ,çünki insanlar Allah təalanın yaratdığı varlıqlardır. Ölkəmizdə tolerant mühitin və multikultural ənənənin inkişaf etdirilməsi isə hər birimizin üzərinə düşən vəzifələrdən biridir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 12:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |