|
|
Müdafiə naziri: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır "Bu gün burda danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir, erməni faşistləri bizə qarşı cinayət törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi".
Ahlibeyt.az-ı məlumatına görə,bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib.
Müdafiə naziri bildirib:
"Mən burda xüsusi qeyd etmək istəyirəm ki, bizim şəhidlərimiz bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirəcək.Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır.Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək ruh var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur.Şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq. Allah rəhmət eləsin!"
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2016 16:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |