|
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində nümayiş olunacaq sənət əsərləri açıqlanıbAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində nümayiş olunacaq sənət əsərləri açıqlanıb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərgidə 130-dək tarixi eksponat, Azərbaycan-Türkiyə rəssamlarının və heykəltəraşlarının əl işləri də nümayiş olunacaq. Türkiyəli usta-rəssam Efe Unçu tərəfindən hazırlanmış iki əsər ilk dəfə nümayiş olunacaq. Onlardan biri “Çaldıran döyüşü” mövzusunda işlənmiş fayans boşqabdır. Boşqabın üzərində orta əsr Osmanlı miniatürləri üslubunda işlənmiş Çaldıran döyüşündən bir səhnə təsvir edilib. E.Unçunun ikinci əsəri “Halic üslubunda yazı” adlanır. Fayans boşqab üzərində usta-rəssam orta əsrlər dövründə Osmanlı dövlətində yayılmış və təkcə bədii deyil, həm də fəlsəfi məna daşıyan haliç üslubunda təsvir-yazı verib.Sərgidə həmçinin, dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların yeddi mulyajı, 100-dək fotoşəkil də nümayiş olunacaq. Qeyd edək ki, “ XVI əsr Səfəvi döyüşçüsü” suvenir fiquru xüsusi maraq doğurur. Prezident İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyəsi olan bu fiqur olduqca dəqiq işlənib, orta əsr Azərbaycan döyüşçüsünün silah və ləvazimatlarını olduğu kimi əks etdirir. Fiqur öz oxu ətrafında fırlanan podium üzərində nümayiş olunur. Sərgidə, eyni zamanda, gənc heykəltəraş İslam Həsənəlizadənin müəllifi olduğu və modern üslubda işlədiyi “Atlı qızılbaş”, “Şah İsmayıl ilə Əli Malkuçoğlu arasında döyüş” kiçik heykəlləri, rəssam Seyran İmanovun orta əsr Təbriz miniatür üslubunda çəkdiyi “Çaldıran döyüşü” əsəri təqdim edilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2016 18:59 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |