|
Dövlət Komitəsində dini radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri müzakirə edilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsində(DQİK) cari ilin yanvar-mart aylarının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,müşavirədə Dövlət Komitəsinin mərkəzi Aparatının şöbələri ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər. Tədbirdə əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mübariz Qurbanlı çıxış edərək bildirib ki, hazırda davam edən müharibə şəraitində Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranmış şəraitə uyğun qurmalıdırlar. Bölgə şöbə müdirləri və əməkdaşları, eyni zamanda dini icma üzvləri əhali ilə sıx təmasda olmalı, şəhidlərimizin dəfn mərasimində iştirak etməlidirlər. Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov 3 ay ərzində bölgələrdə dini radikalizmlə mübarizə mövzusunda keçirilən tədbirlər haqqında geniş məlumat verib.O deyib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür. Müşavirədə bölgə şöbə müdirlərinin yanvar-mart ayı üzrə hesabatları dinlənilib. DQİDK-nın Bakı şəhəri, Sumqayıt, Quba, Zaqatala, Masallı bölgəsi, Gəncə bölgəsi, Tovuz bölgəsi, Şəki, Yevlax, Ucar, Şamaxıi, Şirvan, İmişli və Lənkəran bölgəsi üzrə şöbə müdirləri çıxış edərək bölgələrdə mövcud dini durum, həyata keçirilən dini maarifçilik işləri, eləcə də dini radikalizmlə mübarizə tədbirləri barədə ətraflı məlumat veriblər. Şöbə müdirləri qeyd ediblər ki, yerlərdəki dini icma sədrləri son günlər cəbhə xəttində baş verən hadisələri diqqət mərkəzində saxlayır, ordumuzun ruh yüksəkliyini və yüksək döyüş əzmkarlığını müsbət qarşılayırlar. Cari məsələlərin müzakirəsindən sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirən Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2016 11:55 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |