|
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkibAprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.Sonra dövlətimizin başçısı şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb. Ahlibeyt.az-ın AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb. Müdafiə naziri Zakir Həsənov bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər. Palatalarda yaralılarla görüşən Prezident İlham Əliyev onlara bildirib: - Sağalın, sağlamlığınızı bərpa edin. Həkimlər sizə yaxşı baxırlar. Burada bütün şərait yaradılıb. Siz Vətən uğrunda vuruşmusunuz, xəsarət almısınız, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir. Azərbaycan xalqı sizinlə fəxr edir. Ali Baş Komandan kimi sizə minnətdarlığımı bildirirəm. Sağ olun. - Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni, ərazi bütövlüyümüzü qorumusunuz. Azərbaycan xalqı sizinlə fəxr edir. Döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. - Siz torpaqların azad edilməsi üçün artıq nə lazimdırsa etmisiniz. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan Ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar. - Tezliklə sağalın uşaqlar. Allah şəfa versin. Tezliklə sağalın, normal həyata qayıdın. Sağ olun. Sonra dövlətimizin başçısı şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdü.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2016 21:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |