|
Milli Məclis: Minsk qrupuna etibar yoxdur - Erməni silahlıları torpaqlarımızdan çıxmalıdırMilli Məclisin bu gün keçirilən iclasında Cəbhə xəttində son əməliyyatlar zamanı şəhid olan hərbçilərimiz Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib. Plenar iclasda ATƏT-in Minsk qrupu yarıtmaz fəaliyyət göstərməkdə ittiham edilib - İllər boyu Azərbaycan atəşkəs rejiminə sadiq olub. Hər dəfə Azərbaycan yüksək nailiyyət əldə edəndə ermənilərin təxribatı ilə rastlaşırdı, ancaq son vaxtlar ermənilər bizim mülki şəxsləri mərmilərdən atəşə başladı, Azərbaycan Ordusu bu təxrinata cavab verərək güclü əməliyyat apardı və Ermənistana öz yerini göstərdi". Ahlibeyt.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib. O.Əsədov bildirib ki, Azərbaycan öz torpağında vuruşur: "Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur, biz bunu hamımız yaxşı bilirik. Biz bu məsələdə status-kvonun qalmasına razı deyilik. Azərbaycan əlindən gələni edəcək ki, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlasın. Bildiyiniz kimi Minsk qrupu toplanır. Ancaq Minsk qrupu toplansa da, onlara bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, yerinə yetirilməsə, bu gərginliyin necə olacağını gələcək göstərəcək" Milli Məclisin iclasında sədrin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov - “Biz Ermənistanla heç vaxt imitasiya xatirinə danışıqlara getməyəcəyik, konkret olaraq, erməni silahlıları torpaqlarımızdan çıxmalıdır”. Z. Əsgərov bildirib ki, Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar aparırdılar. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar, cəzasızlıq vəziyyətindən istifadə edirdilər. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdi. Xüsusilə də ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədr əslində ermənilərə dayaqdırlar.Təəssüf ki, bu belədir, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Üzr istəyirəm, yəni "donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır”. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr yaranıb. O qeyd edib ki, yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı silahlı qüvvələrin sırasında döyüşməyə hazır olduğunu bəyan edir: “Artıq beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil və dondurulmur. Münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər. Onlara bir daha sübut olundu ki, uzun müddət ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişə məqsədli şəkildə uzanırdı və Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək. Lakin baş verənlərdə onlar bunun tam əskini gördülər. Azərbaycan gəncləri əlində bayrağımızı tutub və hər biri döyüşə atılmağa hazırdır”. Deputatın sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əhalisinin başını qatmağa çalışırdı ki, əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər məsələyə qarışacaq. “Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı. Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvvəyə malik deyillər. Bu baxımdan bu məsələləri ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bildirirdi ki, ordumuz post-sovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2016 14:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |